ANCA müəyyən mənada ABŞ-ın dövlət siyasətinə təsir gücünə malik olan qurumdur. Erməni lobbisi, xüsusən ermənipərəst konqresmen və senatorlar vasitəsilə Komitə bir çox hallarda öz təsirini Ağ Evə göstərir. Bu baxımdan təşkilatın anti-Azərbaycan və anti-Türkiyə prioritetlərini gec və ya tez həyata keçirməsi gözləniləndir. Buna qarşı önləyici tədbirlərin görülməsi dövlətimiz naminə faydalı olardı.
AXC TV-nin “Azad meydan” verilişində də bu barədə müzakirə aparılıb.Siz jurnalist, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin, Norveçdəki “CAN” diaspor təşkilatının sədri və modelyer Şervin Nəcəfpurun, həmçinin İsveç Krallığının Partille bələdiyyə məclisinin üzvü, soydaşımız Turan Əliyevin fikirləri ilə tanış ola bilərsiniz.
Ətraflı videoda: