Artıq dünyada 60 milyondan çox yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan yeni növ koronavirusdan həyatını itirib. Pandemiyanın bu mərhələsində virusa yoluxmanın yüksək həddi müxtəlif ölkələrdə yenidən sərt karantin tədbirlərinin tətbiq olunmasını şərtləndirmişdir. Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilmişdir.
“Azad meydan”da pandemiya ilə əlaqədar suallara həkim-endokrinoloq Kəmalə Gözəlova,İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyinin sədri Ziba Nəbiyeva və Gürcüstanın Yüksək Texnologiyalar Universiteti Tibb Mərkəzinin əməkdaşı Günel Məmmədova aydınlıq gətirib.