Bakıda və Abşeron rayonunda güclü yağış yenə ağır fəsadlar törədib. Ötən ilin oktyabrında Bakıda yağışlar nəticəsində tunelləri, evləri su başmış, ciddi problemlər ortaya çıxmışdı. Hətta iki nəfər tuneldə boğulmuşdu.
Bugünkü yağış aradan 5 aydan keçsə də, aidiyyəti qurumların – xüsusilə, Bakı Şəhər İcra Hakimiyyətinin bu müddətdə problemin həlli istiqamətində heç bir addım atmadığını üzə çıxardı. Çünki ötən il iki nəfər boğulduğu tuneli bu gün yenə su basıb, bir sıra yollarda nəqliyyatın hərəkətinə məhduduiyyət qoyulub, yollar, evlər, obyektlər su altında qalıb.
Bunun səbəbi nədir?
AXC TV-nin “Azad meydan verilişində sualları ekspert, “Təzadlar” qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzili cavablndırıb.
Ətraflı videoda: