Ermənistan administrasiyası paytaxt İrəvandakı "Zvartnots" beynəlxalq hava limanında Rusiya Sərhəd Mühafizəsinin fəaliyyətini dayandırmaq qərarına gəlib.
Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Milli Assambleyada keçirilən iclasdan sonra mətbuata açıqlama verib.
Qriqoryan Ermənistan rəhbərliyinin sözügedən hava limanında bütün xidmətlərin tamamilə Ermənistan rəsmiləri tərəfindən həyata keçiriləcəyinə qərar verdiyini bildirərək, “Ermənistanın bu məsələdə aydın münasibəti var və bu açıq münasibəti rəsmi şəkildə Rusiya Federasiyasına bildirib" deyib.
Kreml sözçüsü Dmitri Peskov isə Ermənistan hökumətinin bu qərarı ilə bağlı hələlik heç bir məlumat almadıqlarını bildirib.
AXC TV-nin “Azad meydan” verilişində bu yöndə sualları siyasi ekspert Elşad Həsənov və tanınmış jurnalist, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev cavablandırıb.
Ətraflı videoda: