Logo

Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır?

AXCTV.az - 17 Yanvar 2023 13:46

Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət, idarə və ictimai fondlarından mənzil ala bilərlər. Amma əcnəbi vətəndaşlara torpaq sahəsi almaq hüququ verilmir. Əcnəbilərin rahat şəkildə ölkəmizdə mənzil, fərdi yaşayış evi alması yerli əhalidə narahatlıq yaradır. İnsanlar düşünür ki, turizmin də inkişafı nəticəsində ölkəmizdə mənzil sahibi olan əcnəbilər artır. Nəticədə, Azərbaycanın əmlak bazarında qıtlıq yaranır, tələbatın çox olması qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Məsələ ilə bağlı AXC TV-nin “Azad meydan” verilişində sualları əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev cavablandırıb.

Ətraflı:

Xəbər lenti

IMG