AXC TV-nin “Azad meydan” verilişində Azərbaycanın Qarabağ bölgəsinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarət zonasında olan Xankəndi şəhərində dekabrın 25-də keçirilmiş aksiya zamanı çıxış etmiş bəzi şəxslərin nitqlərindəki məzmunun “Le Fiqaro” qəzetində və “Euronews”un Fransa xidmətində birtərəfli qaydada və qərəzli səkildə yayımlanması müzakirə olunub. Qonaqlar məsələyə dərin təəssüf hissini sərgiləyiblər. Sualları Avropa Yayımlar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin sabiq üzvü, politoloq Turab Rzayev və tanınmış jurnalist Yadigar Məmmədli cavablandırıb.
Ətraflı videoda: